Xəzər Xəbər

Azərbaycanlı məşhur aktrisa türk sevgilisindən ayrıldı

Şou Biznes | 14:50 • 12 İyun 2022
Azərbaycanlı məşhur aktrisa türk sevgilisindən ayrıldı

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ilə aktyor nişanlısı Gökhan Alkan ayrılıb.

XəzərXəbər publika.az-a istinadla xəbər verir ki, Gökhan Alkan Nəsrini sosial media hesabında izləmədən çıxarıb və birlikdə çəkilən fotoları silib. 

Nəsrin Cavadzadə cəbhəsindən hələlik heç bir hərəkət görülməyib. Gökhan Alkanın belə bir addım atmasının səbəbi isə hələlik bəlli deyil. 

Ayrılıq xəbərlərindən əvvəl cütlük haqqında qısqanclıq dedi-qoduları da yayılmışdı.

Qeyd edək ki, məşhur cütlüyün tezliklə evlənəcəyi deyilirdi. 

Xəbər lenti