Xəzər Xəbər

Pike ilə ayrılan Şakira haqda şok xəbər

Pike və Şakira ayrıldıqlarını təsdiqlədilər
Şou Biznes | 20:12 • 4 İyun 2022
Pike ilə ayrılan Şakira haqda şok xəbər

“Barselona”nın müdafiəçisi Jerar Pike və kolumbiyalı müğənni Şakira ayrıldıqlarını açıqlayıblar.

Cütlük birgə bəyanatla ayrıldıqlarını təsdiq ediblər:

“Yollarımızı ayırdığımızı təsdiqlədiyimizə görə təəssüflənirik. Bizim əsas prioritetimiz olan uşaqlarımızın rifahı naminə, şəxsi həyatımıza hörmət edilməsini xahiş edirik. Anlayışınız üçün təşəkkür edirik”.


Qeyd edək ki, cütlüyün ayrılmasına səbəb futbolçunun xəyanəti olub. Pike və Şakira 2011-ci ildən münasibətdədirlər, lakin onlar rəsmi nikahda deyildilər. Cütlüyün Milan (9 yaş) və Saşa (6 yaş) adlı iki övladı var.

Xəbər lenti