Xəzər Xəbər

Bu gün “Eurovision 2022”nin qalibi müəyyənləşəcək

Şou Biznes | 12:56 • 14 May 2022
Bu gün “Eurovision 2022”nin qalibi müəyyənləşəcək

Mayın 14-də İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin finalı keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da baş tutacaq böyük finalda 25 ölkənin təmsilçiləri yarışacaqlar. Həmin ölkələr Azərbaycan, Belçika, Çexiya, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Ruminiya, Serbiya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya, Ermənistan, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliyadır.

Azərbaycanı təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə 15-ci nömrə altında çıxış edəcək. 

Xəbər lenti

Çox oxunanlar