Xəzər Xəbər

Yaraşıqlı aktyor boşandı - Ödəyəcəyi aliment miqdarı müzakirə mövzusu oldu

Şou Biznes | 17:38 • 13 May 2022
Yaraşıqlı aktyor boşandı - Ödəyəcəyi aliment miqdarı müzakirə mövzusu oldu

Türkiyəli aktyor İbrahim Çelikkol və həyat yoldaşı Mihre Çelikkolun boşanma davasının təfərrüatları ortaya çıxıb.
 
Məhkəmə protokoluna görə, cütlüyün övladının qəyyumluğu Mihre Çelikkola veriləcək, aktyor isə oğlu üçün ayda 9 500 lirə ödəməli olacaq.
 
Bununla yanaşı, İbrahimin keçmiş həyat yoldaşı və oğlunun yaşadığı evin kirayəsi və hesabları daxil olmaqla, 35 min lirə verəcəyi də bəlli olub. 
Məlumata görə, Mihre Çelikkol Beykoz Rivadakı daşınmaz əmlakın 50 faizini 5 milyon lirə qarşılığında aktyora təhvil verəcək. İbrahim Çelikkolun ortağı olduğu şirkətə məxsus avtomobil isə Mihredə qalacaq.

Xatırladaq ki, 2017-ci ildə ailə quran İbrahim Çelikkol və Mihre Çelikkol ötən gün təxminən 5 dəqiqə davam edən məhkəmə nəticəsində boşanıblar. İkilinin Əli adında bir övladları var./Sfera.az

Xəbər lenti