Xəzər Xəbər

Meqan Foks nişanlısının qanını içdiyini açıqladı

Şou Biznes | 17:10 • 27 Aprel 2022
Meqan Foks nişanlısının qanını içdiyini açıqladı

Məşhur aktrisa-model Meqan Foksun son açıqlaması gündəm olub.

Model "Glamour UK”ə verdiyi yeni müsahibəsində nişanlısı Machine Gun Kelly ilə bir-birlərinin qanını içdiklərini deyib.  35 yaşlı ulduz fikirlərini bu cür ifadə edib: 

"Bir-birimizin qanını içmək məsələsi insanları çaşdıra bilər və ya bizi bəlkə də qədəhlərlə xəyal edirlər. Biz "Game of Thrones”dakı kimi bir-birimizin qanını içirik”.

Foks içilən qanın sadəcə bir neçə damla olduğunu vurğulayıb: "Bəli, ara-sıra sadəcə ritual məqsədilə bunu edirik”.

Qeyd edək ki, Meqan nişanlandığını elan edən zaman da sevgilisi ilə bir-birilərinin qanını içdiklərini etiraf etmişdi. /Sfera.az 

Xəbər lenti