Xəzər Xəbər

Məşhur cütlük toy məkanı üçün axtarışa çıxdı – Maldivlərdən Avropaya qədər…

Şou Biznes | 13:57 • 8 Aprel 2022
Məşhur cütlük toy məkanı üçün axtarışa çıxdı – Maldivlərdən Avropaya qədər…
Məşhur müğənni Hadisə evlilik xəbərləri ilə yenidən gündəmə gəlib.
 
İfaçının nişanlısı Mehmet Dinçerlerlə bərabər toy məkanı axtarışına çıxdığı bəlli olub. Məşhur cütlüyün ötən həftələrdə Maldiv adalarına getmə səbəbinin bu olduğu öyrənilib. Məlumata görə, sözügedən yerdəki otellərdən birini ziyarət edən ikili yaxın günlərdə Seyşel adalarına da gedəcəklər.
 
Onların Avropanın üç şəhərində yarışların keçiriləcəyi yerlərə baxacağı və daha sonra qərar verəcəyi bildirilib. Digər tərəfdən qeyd olunub ki, Hadisə ilə Mehmet Dinçerlərin toyuna Türkiyənin bir çox məşhur otelləri sponsorluq etmək üçün bir-birilə yarışa girib.
 
Qeyd edək ki, bir ildir sevgili olan cütlük martın 15-də ailə arasında gizli mərasimlə nişanlanıblar./Sfera.az 

Xəbər lenti