Xəzər Xəbər

Demetlə Oğuzhanın toy tarixi bilindi - Mərasim iki gün davam edəcək

Şou Biznes | 18:21 • 17 Mart 2022
Demetlə Oğuzhanın toy tarixi bilindi - Mərasim iki gün davam edəcək

Məşhur türkiyəli cütlük Demet Özdemir və Oğuzhan Koçun evlilik tarixi bəlli olub.
 
İkilinin toy məclisinin iki gün davam edəcəyi açıqlanıb. Həmçinin onların avqustda Çeşmedə evlənməyi planlaşdırdıqları bəlli olub. Bu barədə məşhurların yaxın ətrafı mediaya məlumat verib.

İddiaya görə, Demet və Oğuzhan 13-14 və ya 20-21 avqust tarixlərini seçiblər. Onların iki gün məclis etməsinin səbəbi isə tanışlarının çoxluğudur.

Xatırladaq ki, 14 fevralda müğənni 60 min dollarlıq üzüklə aktrisaya evlilik təklif etmişdi./Sfera.az

Xəbər lenti