Xəzər Xəbər

Türkiyə seriallarının yayımı dayandırıldı

Şou Biznes | 11:48 • 25 Dekabr 2021
Türkiyə seriallarının yayımı dayandırıldı

Yeni ilə sayılı günlər qaldığı üçün Türkiyə kanallar bayram hazırlıqlarına başlayıb. 

Bir çox kanallar əyləncə formatlı proqramlarla tamaşaçılarına xoş və əyləncəli anlar yaşatmağı hədəfləyir. Bu səbəblə, həftə sonu serialların yayımı müvəqqəti dayandırılacaq.

ATV-də yayımlanan “Kardeşlerim”, TRT 1 ekranlarında tamaşaçı ilə görüşən “Gönül dağı”, “Teşkilat” serialı, “Kanal D”də nümayiş etdirilən “Yargı” serialı yayımlanmayacaq.

“Kanal D” ekranlarında pərəstişkarları ilə görüşəcək “Yargı” serialı 2 yanvar bazar günü axşam saatlarında yayımlanmayacaq. Serialda İlgız obrazına həyat verən Kaan Urgancıoğlu ilə baş rolu paylaşaraq Ceylin obrazına həyat verən Pınar Dəniz koronavirusa yoluxub. Karantin dövrünün başlaması ilə aktyor serial çəkilişlərinə ara verməli olub. “Kanal D”dən verilən açıqlamada serialın 15-ci bölümünün 9 yanvar, bazar günü ekranlara gələcəyi açıqlanıb.

Mənbə: Onedio

Xəbər lenti