Xəzər Xəbər

Məşhur aktrisanın evindən 1 milyonluq oğurluq edildi

Şou Biznes | 14:57 • 24 Dekabr 2021
Məşhur aktrisanın evindən 1 milyonluq oğurluq edildi

"Seksenler” serialındakı Gülden obrazı ilə tanınan türkiyəli aktrisa Ayşe Tolqanın evindən oğurluq edilib.
 
Oğrunun aktrisanın evində təmizlik işləri görən qadın olduğu anlaşılıb. 

Belə ki,  Ayşe Tolqa təxminən iki ildir evində təmizlik işləri görən H.T adlı qadını qonşusuna tövsiyə eddi. Ancaq sonradan həmin qadın haqqında oğurluq iddiaları yayılıb. Oxşar hadisənin onun da başına gələcəyindən qorxan aktrisa dərhal əşyalarına nəzər salmaq üçün evə gedib. Lakin Tolqanın qorxduğu başına gəlib – o, yataq otağındakı kassanın açıq olduğunu görüb. 

Məlumata görə, məşhurun lüks marka saatları, üzükləri, boyunbağları və bir miqdar pulu oğurlanıb. Ümumilikdə, onun təxminən 1 milyon lirəyə yaxın itkisinin olduğu bəlli olub. Ardınca Ayşe Tolqa faktla bağlı polisə müraciət edib./Sfera.az

Xəbər lenti