Xəzər Xəbər

Aslı Enverin istəyi onu sevgilisindən ayırdı

Şou Biznes | 18:35 • 20 Dekabr 2021
Aslı Enverin istəyi onu sevgilisindən ayırdı

Türkiyəli məşhur aktrisa Aslı Enver sevgilisi Sarp Baturdan ayrılıb.

Yaydan birlikdə olan cütlüyün ayrılıq qərarı alıb. Belə ki, Aslı Enverin ana olmaq arzusu onların münasibətinə son qoyub.

Daha əvvəl doqquz ay evli olub boşandığından və bir uşaq sahibi olduğundan Baturun yenidən evlənmək istəmədiyi iddia edilir.

Aslı Enver 2012-ci ildə həmkarı Birkan Sokullu ilə evlənib, amma bu evlilik cəmi üç il davam edib.

Daha sonra müğənni Murat Bozla sevgili olan məşhur aktrisa Bozun da evliliyə razılaşmadığı üçün ondan ayrılıb.

Sarp Baturla münasibətində bir gələcək görməyən Aslı Enver ondan ayrılıb və bacısıyla Meksikaya istirahətə gedib./oxu.az

Xəbər lenti