Xəzər Xəbər

İbrahim Tatlısəs gənc aktrisaya heyran qaldı: Estetik etdirmə!

Şou Biznes | 17:18 • 27 Noyabr 2021
İbrahim Tatlısəs gənc aktrisaya heyran qaldı: Estetik etdirmə!

Türkiyəli müğənni İbrahim Tatlıses gənc aktrisaya təriflər yağdırıb.
 
İfaçı "Aziz” adlı serialın qəhrəmanı, Efnan obrazını canlandıran Simay Barlasla bağlı fikirlərini sosial media hesabından bölüşüb. 
 
"Bütün digər seriallarda iştirak edən qadın aktrisalardan xahiş edirəm: "Aziz”də rol alan Efnan qızımı örnək alsınlar, oraları-buraları ilə oynamasınlar. Baxın simasına, demək olar ki, makiyaj yoxdur, tər-təmiz, duru üzü var. Ümid edirəm, Efnan qızım da başqalarının sözünə qulaq asıb estetik etdirməz. Belə sadə və təmiz qalar”, - deyə Tatlıses əlavə edib./sfera.az

Xəbər lenti