Xəzər Xəbər

Burak Özçivitlə Fahriye boşanır? - AÇIQLAMA VİDEO

Şou Biznes | 11:41 • 10 Noyabr 2021
Burak Özçivitlə Fahriye boşanır? - AÇIQLAMA

Son zamanlar Türkiyə mətbuatında tanınmış cütlük Fahriye Evcenle Burak Özçivitin boşanması ilə bağlı xəbərlər yayılıb. Buna səbəb isə Fahriyenin uzun müddətdən sonra yenidən çəkiliş meydanına qayıtmasıdır.

Ötən gün tədbirlərdən birində görüntülənən aktrisa jurnalistlərin suallarını cavablandırıb. Fahriye evliliyi haqqında yayılan iddiaların əsassız olduğunu bildirib:

“Haqqımızda yayılan xəbərlər doğru deyil. Sadəcə cansıxıcıdır. Belə bir şey yoxdur”.

Qeyd edək ki, Burakla Fahriye 2017-ci ildə ailə həyatı qurublar. Cütlüyün Karan adlı azyaşlı oğlu var. Aktrisa sonuncu dəfə övladına 15 dayə tutması xəbərləri ilə mətbuatın gündəmini zəbt etmişdi./baku.ws

Xəbər lenti