Xəzər Xəbər

"İndiana Cons 5” filmi də dəhşətli ölümlə gündəmə gəldi: Cəsədi otel otağından tapıldı

Şou Biznes | 17:08 • 5 Noyabr 2021
"İndiana Cons 5” filmi də dəhşətli ölümlə gündəmə gəldi: Cəsədi otel otağından tapıldı
"Rust”dan sonra daha bir filmin çəkiliş meydançasından üzücü xəbər gəlib.
 
Baş rolda Harrison Fordun olduğu "İndiana Cons 5” filminin montaj rejissoru Nik Kupak dünyasını dəyişib. Mərakeşin Fes şəhərində baş tutan çəkilişlərə  54 yaşlı Kupakın ölümünə görə fasilə verilib. 
 
Məlumata görə, onun cəsədi otel otağında ölü tapılıb. Ölüm səbəbi açıqlanmayan Kupakın təbii səbəblərdən vəfat etdiyi təxmin edilib. 
 
Nik Kupak daha əvvəl "Park”, "Disney's Cruella”, "Bridget Jones's Baby”, "X-Men” və "The Da Vinci Code” kimi filmlərin də montaj rejissoru olub.
 
"İndiana Cons 5” filminin 2022-ci ildə nümayişi nəzərdə tutulsa da,  davamlı fasilələrə görə, 2023-cü ilə təxirə salınmışdı. Eyni zamanda baş rol ifaçısı Harrison Fordun çiynindən zədə alması da çəkilişlərin dayanması ilə nəticələnmişdi./Sfera.az

Xəbər lenti