Xəzər Xəbər

Şeyma misirli sevgilisindən ayrıldı, Acunun evinə qayıtdı

Şou Biznes | 14:54 • 29 Oktyabr 2021
Şeyma misirli sevgilisindən ayrıldı, Acunun evinə qayıtdı
Şeyma Subaşı ilə misirli sevgilisi Məhəmməd Əlsaloussi yenidən ayrılıb. 

Məşhur fenomen Şeyma Subaşı və onun misirli milyarder sevgilisi Məhəmməd Əlsaloussidən xəbər gəlib. Belə ki, evlilik planları quran cütlük ikinci dəfə ayrılmaq qərarına gəlib.

Yayın əvvəlində evlilik təklifi alan və hamilə olduğunu açıqlayan fenomen fırıldaq iddiaları ortaya atıldıqdan sonra Alsaloussi ilə münasibətini bitirərək Türkiyəyə qayıdıb.

Cütlüyün ayrılığı uzun sürməyib. Bir aylıq ayrılıqdan sonra sevgilisi ilə Mayamiyə qayıdan Şeyma Subaşı birlikdə yaşadıqları evi öz istəyinə uyğun bəzədib, qızı Melisa ilə bol-bol foto çəkdirib və paylaşıb.
 
Lakin cütlük yenidən ayrılma qərarına gəlib.
 
 
Qeyd edək ki, misirli sevgilisindən ayrılan Subaşı qızı Melisa ilə birlikdə keçmiş həyat yoldaşı Acun Ilıcalının Mayamidəki evində məskunlaşıb./azxəbər

Xəbər lenti