Xəzər Xəbər

Film çəkilişində 233 minlik maşın oğurlandı

Şou Biznes | 09:43 • 28 Avqust 2021
Film çəkilişində 233 minlik maşın oğurlandı

Hollivud aktyoru Tom Kruz “Mission: Impossible – 7” filminin çəkiliş prosesində avtomobili oğurlanıb.  
 
Bu gün naməlum şəxslər 100.000 funt sterlinq (təxminən 233 min manat) dəyərində olan “Porsche”ni götürüblər.  
 
Avtomobildə aktyorun dəyərli əşyalarının da olduğu qeyd edilib.  
 
Bildirilib ki, maşın Midlas Polis İdarəsindən iki dəqiqəlik məsafədə olub. 
 
Sözügedən şəxslərin axtarışı davam edir. /Qafqazinfo

Xəbər lenti