Xəzər Xəbər

“Matrix 4” filmi barədə detallar açıqlandı

Şou Biznes | 13:48 • 26 Avqust 2021
“Matrix 4” filmi barədə detallar açıqlandı

“Warner Bros” kinostudiyası “CinemaCon” platformasında “Matrix” seriyasından olan filmin dördüncü hissəsinin tereylerini təqdim edib

Bu barədə “Deadline” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, filmin yeni hissəsi “The Matrix: Resurrections” adlanır. Kianu Rivz əvvəlki hissələrdə olduğu kimi bu dəfə də baş rolda Neo obrazını canlandırır.

Treylerə görə Neo özünü filmin birinci hissəsindəki reallığa bənzəyən monoton bir dünyada tapır. Filmin qəhrəmanı öz sevgilisi Trinitini kafedə görsə də onu tanımır.

Filmin treyleri hər kəsə açıq platformalarda hələ yayımlanmayıb, ümumiyyətlə yayımlanıb-yayımlanmayacağı bəlli deyil. Film bu il dekabrın 16-da nümayiş olunacaq./modern.az

Xəbər lenti