Xəzər Xəbər

Məşhur aktrisa koronavirusun "Delta" ştamına yoluxdu

Şou Biznes | 13:11 • 26 Avqust 2021
Məşhur aktrisa koronavirusun "Delta" ştamına yoluxdu

"Çox Gözəl Hərəkətlər Bunlar" komandası ilə məşhurlaşan və ana olmağa hazırlaşan aktrisa Ayça Erturan "Delta" ştamına yoluxduğunu açıqlayıb.

Sənətçi ilk doza vaksini vurdurub, ikinci dozanı gözlədiyini bildirib. Amma virus Türkiyədə sürətlə yayıldığı üçün xəstəlik ondan da yan keçməyib.
 
Ümumi vəziyyətinin yaxşı olduğunu bildirən aktrisa yeni doğulacaq körpənin də yaxşı olduğunu deyib.

Qeyd edək ki, aktrisa peyvəndin əhəmiyyətindən də danışıb. O bildirib ki, "Bəlkə də vaksin bu xəstəliyə yüz faiz mane ola bilmir, ancaq simptomlarını azaldır"./azxəbər

Xəbər lenti