Xəzər Xəbər

Acun məhkəməyə verdiyi aktrisanı işə götürdü

Şou Biznes | 00:40 • 31 İyul 2021
Acun məhkəməyə verdiyi aktrisanı işə götürdü

“Fox TV" ilə yollarını ayıran məşhur aparıcı Zuhal Topalın yeni iş yeri bəlli olub.

XəzərXəbər Musavat.com-a isinadən xəbər verir ki, "TV8"in rəhbəri Acun Ilıcalı uzun illər məhkəməlik olduğu Zuhal Topalı öz telekanalına transfer edəcək. Tərəflərin yeni mövsümlə bağlı görüşdüyü və razılığa gəldiyi bildirilib.

Qeyd edək ki, Ilıcalı bir müddət əvvəl "FOX TV"də yayımlanan "Zuhal Topalla Sofrada" proqramının "TV 8"də efirə gedən “Yemekdeyiz” verilişi ilə eyni formatda olduğunu deyərək, məhkəməyə müraciət etmişdi.

Xəbər lenti