Xəzər Xəbər

“Teşkilat”a möhtəşəm TRANFER – “Memati” ekrana qayıdır

Şou Biznes | 16:55 • 30 İyul 2021
“Teşkilat”a möhtəşəm TRANFER – “Memati” ekrana qayıdır

Yayımlandığı tarixlərdə böyük izləyici kütləsini ətrafına toplayan “Kurtlar vadisi” serialında Memati obrazını canlandıran Gürkan Uygun böyük layihə ilə yenidən ekrana qayıdır.

Türkiyənin məşhur maqazin jurnalisti Birsən Altuntaş Memati obrazını sevənləri həyəcanlandıran xəbəri oxucuları ilə paylaşıb.

Birsən Altuntaş TRT-də yayımlanan “Teşkilat” serialının yeni mövsümündə Gürkan Uygunun da rol alacağını bildirib.

Qeyd edək ki, “Kurtlar vadisi”ndə yaratdığı Memati obrazı ilə yaddaşlarda qalan Uygun serialdan sonra bir çox layihələrdə yer almış, ən son “Uyanış Büyük Selçuklu”da Həsən Səbbah obrazını canlandırmışdı./Yenicag.az

Xəbər lenti