Xəzər Xəbər

Şeyma keçmiş sevgilisinə qayıtdı: Darıxdım

Şou Biznes | 14:36 • 30 İyul 2021
Şeyma keçmiş sevgilisinə qayıtdı: Darıxdım

Türkiyəli fenomen Şeyma Subaşı misirli sevgilisi ilə barışıb.
 
Fenomen sosial media hesabında Mohammed Alsaloussi ilə fotosunu paylaşıb. Subaşı həmçinin paylaşıma "Həyat partnyorum darıxdım”, qısa şərhini əlavə edib.

Xatırladaq ki, Şeyma Subaşı misirli sevgilisi Mohammed Alsaloussidən hamilə idi və onlar yaxın zamanlarda nikah masasına oturacaqdı. Lakin Subaşı milyarder sevgilisinin ona aldığı hədiyyələrin, hətta evlilik təklifi zamanı verdiyi üzüyün saxta olduğunu öyrənəndən sonra onunla yollarını ayırmışdı./Sfera.az 

Xəbər lenti