Xəzər Xəbər

Rəfiqəsinin 20 yaşlı oğlu ilə eşq yaşadığını ilk dəfə açıqladı

Şou Biznes | 10:12 • 23 İyul 2021
Rəfiqəsinin 20 yaşlı oğlu ilə eşq yaşadığını ilk dəfə açıqladı

Türkiyəli məşhur aktrisa Nilgün Belgün "YouTube" kanalında yayımlanan "Dur Bi Dinle" proqramına qonaq olub.

O, proqram boyunca maraqlı açıqlamalar verib. Belə ki, bir müddət Sezen Aksu, Yıldız Tilbe ilə eşq yaşayan gənc bəstəkar Uzay Heparı ilə sevgili olduğunu ilk dəfə açıqlayıb.

"1987-ci illər idi. Onun 20, mənim isə 36 yaşım vardı. O, Sezendən ayrılandan sonra mənimlə yaxın olmağa başladı. Aramızda 1 ildən çox münasibət oldu. Biz bir-birimizi dəlicəsinə sevirdik. O zaman çox məşhur deyildik. Eşqimizi gizli saxlayırdıq. Bir dəfə onun anası ilə tanış olmağa getdim Gördüm ki, Uzayın anası yaxın rəfiqəmmiş",- deyə Nilgün ifadə edib.

Aktrisa həmçinin də, hazırkı qaynanasını sevmədiyini də dilə gətirib:

"Hər səhər iti ilə birlikdə evimə gəlirdi. Xalımı kirləndirirdi. İntiqam olsun deyə qəhvəsinə tüpürdüm",- deyə gülüb.

Qeyd edək ki, aktrisa iki dəfə evli olub. Hazırda İlhan Gencer adlı şəxslə ailəlidir.

Xəbər lenti