Xəzər Xəbər

Pərvindən Şahin Zəkizadənin xanımına: Çox dirəşməyin

Şou Biznes | 16:13 • 22 İyul 2021
Pərvindən Şahin Zəkizadənin xanımına: Çox dirəşməyin

Aktrisa Pərvin Abıyevanın mərhum rejissor Şahin Zəkizadə haqqında dediyi "Evlənən günə kimi məni sevdi" sözləri ətrafında qalmaqal bitmək bilmir. 

XəzərXəbər xəbər verir ki, rejissorun xanımı Səbinə Zəkizadə məsələ ilə bağlı açıqlama verərək aktrisanı yalan danışmaqda ittiham edib. 

Səbinənin dediklərinə Pərvin cavabsız qalmayıb. Məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edən aktrisa hər şeyi danışacağını deyib: 

"Bayram günü məni qıcıqlandırmayın. Qoyun, yerimdə sakit oturum. İstəmirəm kimləsə konfliktə girim və qalmaqal yaşayım. Mən nə efirdə, nə həyatda yalan danışmışam və danışmayacam da. Buna görə hamı mənə düşmən olursa, başım-gözüm üstündə. Mən danışmasam belə, bilənlər hər şeyi gözəl bilir. Çox dirəşməyin, çox danışmayın, baş qaldırıb hər şeyi açığa çıxarmaq istəmirəm". (Axşam.az)

Xəbər lenti

Çox oxunanlar