Bakı 33 ℃
Xəzər Xəbər
USD 1.7

Məşhur aktyorlar ortaq biznesə başlayır

Şou Biznes | 15:16 • 22 İyun 2021
Məşhur aktyorlar ortaq biznesə başlayır

Türkiyəli məşhur aktyorlar, iki yaxın dost Çağatay Ulusoy və Kıvanç Tatlıtuğ ortaq biznesə başlayırlar.

XəzərXəbər oxu.az-a istinadən xəbər verir ki, onlar Tekirdağda bir biznesmenin "Şərab kəndi" yaratmaq üçün aldığı torpağın 10 ha ərazisini alıblar.

Məşhurlar burada öz şərablarını istehsal edəcəklər.

Onlar ilk bir neçə il özləri üçün üzüm yetişdirib şərab hazırlayacaqlar. Sonradan mütəxəssislərdən keçərli qiymət alarsa öz bağlarından istehsal etdikləri şərabları markalaşdıracaqlar.

Qeyd edək ki, məşhur simalardan Bred Bittin Fransada, Devid Bekhemin isə Kaliforniyada üzüm bağları var.

Xəbər lenti

Çox oxunanlar