Xəzər Xəbər

Safura səhnəyə qayıdır

Şou Biznes | 13:09 • 22 İyun 2021
Safura səhnəyə qayıdır

Uzun müddətdir ekranlardan uzaq olan müğənni Safura Əliyeva yenidən səhnəyə qayıdır.

Bu haqda “Mtv” kanalına danışan sənətçi Türkiyədə yeni albom çıxaracağını bildirib:

“Artıq 1 ilə yaxındır, yeni albom üzərində çalışırıq. Yeni mahnım lirikdir, bəstəkarı isə Elvin Musayevdir.

Digər mahnıların müəllifi Zülfü Bədəlovdur. Üç ay ərzində yeni klip çəkmək qərarına gəldik. Albomum isə Türkiyədə çıxacaq.

Bildiyiniz kimi, bir müddət əvvəl sənətdən uzaqlaşdım. Bundan sonra artıq gündəlik tədbirlər, gərgin iş rejimi ilə deyil, hobbi kimi məşğul olacam.

Albomdan sonra da sinqllar olacaq. Albomum sırf Azərbaycan dilində olan mahnılardan ibarətdir. Amma ingilis dilində də sinqllarım olacaq.

Çünki mənə Avropa ölkələrindən, hətta Braziliyadan da yazırlar ki, “Yeni albomunuz nə vaxt çıxacaq?”

Qeyd edək ki, Safura Əliyeva bir müddət əvvəl keçmiş Energetika Naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə həyatı quraraq sənətdən uzaqlaşıb. Cütlüyün 2 oğul və bir qız övladı var.

Xəbər lenti