Xəzər Xəbər

Keçmiş həyat yoldaşından Sərdar Ortaça zərbə - Evini girova qoydurdu

Şou Biznes | 13:31 • 18 İyun 2021
Keçmiş həyat yoldaşından Sərdar Ortaça zərbə - Evini girova qoydurdu
Son zamanlar maddi problemləri ilə gündəmdə olan məşhur türkiyəli ifaçı Sərdar Ortaça daha bir zərbə keçmiş həyat yoldaşı Kloe Luqnandan gəlib.
 
Bu barədə müğənni özü məlumat verib. O, Kloenin evini girova qoydurduğunu deyib. 
 
"Əvvəllər problem yaratmırdı. Amma o da dəyişib. Evimi girova qoydurub. Pulu nədirsə, ödəyəcəm. Kloenin pulu məndə qalmaz!” , - deyə Ortaç jurnalistlərə açıqlamasında qeyd edib.
 
Onun sözlərinə görə, Sarıyer bələdiyyəsinə 25 min, Kloeyə 600 min lirə borcu var.
 
Qeyd edək ki, müğənni keçmiş həyat yoldaşı Kloe Luqnandan boşandıqdan sonra həmkarı Seçil Gürlə eşq yaşamağa başlayıb. /Sfera.az

Xəbər lenti