Xəzər Xəbər

Məşhur müğənni maddi sıxıntı içindədir - Maşınımı satmışam, 2 aylıq pulum qalıb

Şou Biznes | 15:23 • 15 İyun 2021
Məşhur müğənni maddi sıxıntı içindədir - Maşınımı satmışam, 2 aylıq pulum qalıb
Türkiyəli məşhur müğənni İzəl pandemiya səbəbi ilə maddi sıxıntılar yaşadığını deyib.
 
İfaçı bu barədə "Magazin D Pazar” verilişə açıqlama verib. O bildirib ki, yaşayışını təmin etmək üçün maşınını satıb və bankdan kredit götürüb. "İki aylıq pulum qalıb, daha sonra nə olacağını bilmirəm”, - deyə İzəl qeyd edib.
 
Ağır xəstəlik keçirib əməliyyat olan ifaçı bir ildən çoxdur səhnəyə çıxmadığını, konsertlərinin təxirə salındığını vurğulayıb./Sfera.az

Xəbər lenti