Bakı 34 ℃
Xəzər Xəbər
USD 1.7

Nigar Camal Cennifer Lopezə oxşarlığına görə DNT testi etdirdi

Şou Biznes | 15:03 • 3 İyun 2021
Nigar Camal Cennifer Lopezə oxşarlığına görə DNT testi etdirdi
Müğənni Nigar Camal maraqlı açıqlaması ilə gündəmə gəlib.
 
"Səhər mərkəzi” proqramına qonaq olan sənətçi dünya ulduzu Cennifer Lopezə bənzədilməsindən danışıb. Nigar Camal xarici görünüşünə görə DNT testi etdirdiyini də bildirib:
 
"Məni Cenniferə oxşadırlar. Bilirsiniz niyə? Çünki o "Latino” tərzli müğənnidir. Məndə də belə quruluş var. Ona görə də bizi bir-birimizə oxşadırlar.
 
İngiltərədə olan zaman mənə deyirlər ki, "Sən argentinalısan?” Qanımda heç bir qarışıq yoxdur. Hətta buna görə DNT testi də etdirmişəm.
 
Nəticəsi mənə çox maraqlı idi. Bəlkə də başqa millətlə qarışığım var deyə... Amma heç nə çıxmadı”.

Çox oxunanlar