Xəzər Xəbər

Tanınmış aktrisanı əri evdən qovdu

Şou Biznes | 10:01 • 26 May 2021
Tanınmış aktrisanı əri evdən qovdu

Son zamanlar məşhur türk aktrisası Meltem Miraloğlunun yoldaşı tərəfindən evdən atıldığı iddia edilib. 

XəzərXəbər "sia.az"-a istinadən verdiyi məlumata əsasən hal-hazırda aktrisa yoldaşı ilə barışığa hazırlaşır.

Xatırladaq ki, aktrisa 2019-cu ildə özündən 48 yaş böyük Patrick adlı amerikalı ilə evlənib. İndi isə onlar vəsiyyət anlaşması ilə barışıb və aktrisa evinə geri dönüb. Vəsiyyət anlaşmasına görə, yaşlı amerikalının bütün mal varlığı aktrisaya qalacaq. Meltem Miraoğluna çatacaq mirasda villalar, yaşayış binaları, maşınlar, avtobus böyüklüyündə olan şık gəzinti karavanları, yaxtalar, bank hesabları var.

Qeyd edək ki, varlı amerikalı fermer olduğu üçün onun böyük torpaq sahələri və fermaları da var və bu mal varlıqları da aktrisaya vəsiyyət olaraq veriləcək.

Xəbər lenti