Xəzər Xəbər

Finalı ən çox hansı ölkə izləyib? - Reytinq nəticələri

Şou Biznes | 14:26 • 25 May 2021
Finalı ən çox hansı ölkə izləyib? - Reytinq nəticələri

“Avroviziya” mahnı müsabiqəsinin böyük finalının reytinq nəticələri açıqlanıb. 30 ildən sonra yenidən birinci olan İtaliyada yarışmanı 4.5 milyon insan izləyib.

Ev sahibi Niderlandda yarışa 8.8 milyon, Almaniyada 7.7 milyon, İngiltərədə 7.4 milyon, Fransada 6 milyon tamaşaçı baxıb.

Müsabiqə 2007-ci ildən sonra Finlandiyada 1,4 milyon insan tərəfindən izlənilərək ən yüksək reytinqə çatıb.

Yarışları Avstriyada 596 min, Belçikada 445 min, Rumıniyada 178 min nəfər, Avstraliyada isə 123 min nəfər izləyib.

Beynəlxalq layihəyə İspaniyada 4 milyon, İsveçdə 2.9 milyon, Portuqaliyada 1.2 milyon insan baxıb.

“Avroviziya” 2014-cü ildən bu yana ən yüksək nəticə əldə edib. Siyahıda MDB ölkələri, eyni zamanda Azərbaycan yer almayıb./Qafqazinfo

Xəbər lenti