Xəzər Xəbər

“Avroviziya”nın qalibi narkotest etdirəcək

Şou Biznes | 10:04 • 24 May 2021
“Avroviziya”nın qalibi narkotest etdirəcək

“Avroviziya” mahnı müsabiqəsinin builki qalibi olan İtaliyanın “Maneskin” qrupunun solisti David Damiano orqanizmində narkotik maddələrin olmadığını sübut etmək üçün xüsusi testdən keçəcək.

Bu barədə Avropa Yayım İttifaqı məlumat yayıb.

Qeyd edək ki, yarışma zamanı “yaşıl otaqda”dan yayılan videogörüntülər şayiələrə səbəb olub. Görüntülərdə Damianonun masa üzərinə əyildiyi və müəmmalı hərəkətlər etdiyi əks olunub. Bəziləri ifaçının kokain qəbul etdiyi iddiasını irəli sürüblər. O özü isə masadakı şuşə stəkanın qırıldığını və şüşə qırıntıları üfürərək təmizləmək istədiyini, heç vaxt kokain qəbul etmədiyini, ittihamlardan şoka düşdüyünü bildirib.

Avropa Yayım İttifaqı da otaqda şüşə qırıntılarının aşkar olunduğunu təsdiqləyib və ifaçının şayiələrə son qoymaq üçün könüllü test etdirəcəyini bəyan edib./oxu.az

Xəbər lenti