Xəzər Xəbər

“Avroviziya-2021”in qalibi İtaliya oldu

Şou Biznes | 09:03 • 23 May 2021
“Avroviziya-2021”in qalibi İtaliya oldu

Niderland Krallığının Rotterdam şəhərində “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başa çatıb.

Xezerxeber.az xəbər verir ki, “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmada İtaliya təmsilçisi “Maneskin” qrupu “Zitti E Buoni” mahnısı ilə birinci olub. O, səsvermə zamanı 524 xal toplayıb.

“Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində Fransa ikinci, İsveçrə isə üçüncü olub.

Azərbaycanlı ifaçı Samirə Əfəndi “Mata Hari” mahnısı ilə yarışmanı 20-ci sırada başa vurub. Yarışmanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb.

Xəbər lenti