Xəzər Xəbər

Hadisə insanları narazı salan sözləri ilə bağlı açıqlama verdi

Şou Biznes | 12:53 • 22 May 2021
Hadisə insanları narazı salan sözləri ilə bağlı açıqlama verdi

Türkiyənin məşhur müğənnisi Hadisənin Belçikada verdiyi açıqlamalar sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bundan sonra populyar ifaçı dedikləri ilə bağlı izah verməli olub.

Bu barədə “Haber Global” xəbər yayıb.

Məlumata görə, Hadisə uzun müddətdir görmədiyi anası Gülnihal Açıkgöz və atası Həsən Açıqgözü ziyarət etmək üçün böyüyüb boşa çatdığı Belçkiya yollanıb. Orada MNM radio kanalında Peter Van de Veirenin proqramında qonaq olan Hadisə Belçkikadan təklif gələcəyi təqdirdə ölkəni “Avroviziya”da təmsil etməsi ilə bağlı səmimi etiraflar edib.

“Belçikanı təmsil etmək üçün “Avroviziya” Musiqi Müsabiqəsinə niyə də qatılmayım? Belçika üçün Avroviziyaya getmək istəyirəm, ancaq heç kim mənə təklif etmədi”, - deyə bildirib.

Bu sözlər mediada yayıldıqdan sonra kəskin tənqidlərlə üzləşən Hadisə dedikləri ilə bağlı izah verməli olub.

“Ötən gün Belçikanın MNM radio kanalında qatıldığım proqramla bağlı düzəliş. Sözügedən dialoq tam olaraq belə idi:

 

- Belçikadan “Avroviziya”ya qatılmaq üçün təklif gəldimi?

Cavab:

- Xeyr, gəlmədi.

- Gəlsəydi qatılardınız?

- Niyə də yox…

2009-cu il “Avroviziya” nəticələri ilə bağlı: Məğlub olduğum üçün bəli, kədərləndim, ancaq dördüncü olmaq da çox qürur verici idi. Bir müsabiqəyə hər kəs birinci olmaq üçün qatılır. Məndə o ehtiras var idi, amma olmadı. Yanlış anlaşılmaları ortadan qaldırmaq üçün paylaşmaq zərurəti duyduğumun bilinməsini rica edirəm. Hörmətlə…”, - deyə məşhur müğənni əlavə edib.

Xəbər lenti