Xəzər Xəbər

Bu gün “Avroviziya”nın qalibi seçiləcək

Şou Biznes | 12:46 • 22 May 2021
Bu gün “Avroviziya”nın qalibi seçiləcək

Bu gün “Avroviziya” mahnı müsabiqəsinin böyük finalı baş tutacaq.

Yarışma Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da keçiriləcək. Beynəlxalq müsabiqə saat 23:00-da İctimai Televiziyada canlı yayımlanacaq.

Birincilik uğrunda bu ölkələr mübarizə aparacaq: Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya, Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Niderland. 

Təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə 21-ci nömrə altında çıxış edəcək.

 

Xəbər lenti

Çox oxunanlar