Xəzər Xəbər

2021-ci ilin “Kainat gözəli” seçilib

Şou Biznes | 14:30 • 17 May 2021
2021-ci ilin “Kainat gözəli” seçilib

Mayın 16-da ABŞ-ın Florida şəhərində “Kainat gözəli – 2021” beynəlxalq gözəllik müsabiqəsinin final mərhələsi keçirilib.

69-cu gözəllik müsabiqəsinin qalibi Meksikanın 26 yaşlı təmsilçisi Andrea Mesa olub. O, tac uğrunda mübarizənin final mərhələsində Braziliya və Hindistandan olan qızları geridə qoyub.

Meksika təmsilçiləri müsabiqə tarixində artıq üçüncü dəfədir ki, qalib adını qazanır (buna qədər 1991 və 2010-cu illərdə).

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən ən nüfuzlu gözəllik müsabiqəsinin keçirilməsi bir il təxirə salınmışdı.

Xəbər lenti