Xəzər Xəbər

Alişanın arvadı dələduzların qurbanı oldu

Şou Biznes | 17:08 • 10 May 2021
Alişanın arvadı dələduzların qurbanı oldu

Müğənni Alişan aktrisa xanımı Buse Varolun profili hakkerlər tərəfindən oğurlanıb.

Türk mediası xəbər verir ki, Varol "Bununla bağlı şikayət etmişik. Bütün məlumatları əlimizdədir" sözlərini deyib.

Busenin profilini oğurlayanlar bir bank hesabı yayımlayaraq izləyicilərdən ora pul köçürmələrini istəyiblər. Bir az keçəndən sonra isə hesabın oğurlandığı, dələduzların belə bir addım atdığı ortaya çıxıb.

Bir az keçəndən sonra aktrisa profilini geri qaytardığını bildirib:

"Gecə saat 2-də hesabım oğurlandı. O saatdan sonra yata bilmədim. Hesabımı geri aldım. Bunu edən azyaşlı üç-beş nəfəri tapmışıq, şəkilləri belə əlimdədir"./Axşam.az

Xəbər lenti