Xəzər Xəbər

“Santa Barbara”nın ulduzu vəfat etdi

Şou Biznes | 16:23 • 9 May 2021
“Santa Barbara”nın ulduzu vəfat etdi

Amerikalı aktrisa və model Touni Kiteyn 59 yaşında Kaliforniyada vəfat edib.

Bu barədə NYT onun qızına istinadən məlumat verib.

Ölümün səbəbi açıqlanmır.

1961-ci ildə San Dieqoda anadan olan Kiteyn ötən əsrin 80-ci illərinin əvvəllərindən etibarən fəal şəkildə filmlərdə və TV-də görünməyə başlayıb. “Malibu” (1983), “Qvendolin” (1984), “Subaylığa vida şənliyi” (1984) kimi filmlərdə rol alıb.

O, ən böyük populyarlığı isə “Santa Barbara” (1984) teleserialındakı rolu və “Whitesnake” qrupunun bir neçə klipində çəkilməsi sayəsində qazanıb.

Xəbər lenti