Xəzər Xəbər

Özcan Dənizin keçmiş həyat yoldaşı: Ondan 1 lirə belə olsun almadım

Şou Biznes | 15:08 • 9 May 2021
Özcan Dənizin keçmiş həyat yoldaşı: Ondan 1 lirə belə olsun almadım

Bir müddət əvvəl boşanaraq həyat yollarını ayıran müğənni Özcan Dənizlə keçmiş həyat yoldaşı Feyza Aktan arasındakı qalmaqal səngimək bilmir.

Özcanın Feyza haqqında təhqir dolu açıqlamasından sonra Aktan buna səssiz qalmayıb.

O, müsahibə verərək indiyə qədər Özcandan 1 lirə belə almadığını etiraf edib:

“Ərimdən 1 lirə belə olsun almadım. Adıma da aid heç bir mal-mülk yoxdur. Keçmiş həyat yoldaşım haqqımda təhqiramiz ifadələr işlədib. Məni oğurluqda ittiham edir, içki düşkünü adlandırır, xəstə olduğumu və oğluma baxa bilmədiyimi deyir. Bu günə qədər övladım üçün susdum. Amma haqqımda səsləndirilən fikirlərin heç biri düzgün deyil”.

Qeyd edək ki, cütlüyün Kuzey adında azyaşlı övladı var. Məhkəmə onun Feyzada qalmasına qərar verib. Özcan oğlunu hakimin qərarı ilə təyin edilən müəyyən günlərdə görə bilir.

Xəbər lenti