Xəzər Xəbər

Ebru Yaşar İbrahimlə bu səbəbdən küsülü olub

Şou Biznes | 14:37 • 5 May 2021
Ebru Yaşar İbrahimlə bu səbəbdən küsülü olub

Müğənni Ebru Yaşar maraqlı açıqlaması ilə gündəmə gəlib.

XəzərXəbər Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnallardan birinə müsahibə verən sənətçi İbrahim Tatlısəslə uzun illərdir küsülü olmağının səbəbini açıqlayıb:

“İbrahim bəylə küsülü olmağımızın səbəbi ticarət idi. Biz onunla uzun illər ortaq ticarətlə məşğul olduq. Şərik olmağımıza baxmayaraq, o, məndən çox qazanırdı.

Buna görə də aramızda inciklik oldu. Daha sonra İbrahimin başına bədbəxt hadisə gəldi. İllər sonra isə məni “İbo Show” verilişinə dəvət etdi. Bununla da aramızdakı küsülülük bitdi və biz barışdıq”.

Xəbər lenti