Xəzər Xəbər

Mətanət İsgəndərli reanimasiyaya yerləşdirildi

Şou Biznes | 12:49 • 3 May 2021
Mətanət İsgəndərli reanimasiyaya yerləşdirildi

Əməkdar artist Mətanət İsgəndərli və oğlu Kərim koronavirusa yoluxaraq xəstəxanaya yerləşdiriliblər.

XəzərXəbər xəbər verir ki, bu barədə BAKU.WS-ə açıqlama verən sənətçinin gəlini Canana bildirib.

Onun sözlərinə görə, qayınanasının vəziyyəti ağırdır, həyat yoldaşı Kərimin isə səhhəti yaxşılığa doğru gedir:

“Kərimlə əlaqə saxlayırdım. 5 gün əvvəl yazdı ki, özümü pis hiss edirəm. Əvvəl Kərim yoluxub, daha sonra temperaturu yüksəlməyə başlayıb. Həkimlər müdaxilə etsə də, onun temperaturunu 38,5 dərəcədən aşağı salmaq mümkün olmayıb. Mətanət xanımla eyni evdə qaldıqlarından, o da yoluxub. Onun əvvəl temperaturu olmayıb.

Daha sonra qəfildən səhhəti ağırlaşıb. Hazırda ikisi də xəstəxanadadır. Sadəcə Mətanət xanımın səhhəti ağır olduğundan onu reanimasiyaya yerləşdiriblər. Kərimin vəziyyəti isə yaxşılaşmağa başlayıb. Bu gün artıq 6-cı gündür virusa yolxublar. Sonuncu dəfə bir az olar Kərimlə əlaqə saxladım, bildirdi ki, yaxşıyam".

Xəbər lenti