Xəzər Xəbər

Arif Quliyevin oğlu atasının vəziyyətindən danışdı

Arif Quliyevin oğlu: Atamın vəziyyəti ağır olaraq qalır
Şou Biznes | 12:13 • 3 May 2021
Arif Quliyevin oğlu atasının vəziyyətindən danışdı

Koronavirusa (COVID-19) yoluxan Xalq artisti Arif Quliyevin son durumu açıqlanıb.

XəzərXəbər xəbər verir ki, xalq artistinin oğlu Rövşən Quliyev “Report”a bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.

“Hələ də səhhətində heç bir irəliləyiş yoxdur. Müalicəsi davam edir, sistemlər qoşulur. Gözləyirik”, - o deyib.

Qeyd edək ki, A.Quliyevin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub.

Xəbər lenti