Xəzər Xəbər

Lalədən küsülü olduğu Brilliant Dadaşovayla bağlı GÖZLƏNİLMƏZ ADDIM

Şou Biznes | 09:37 • 2 May 2021
Lalədən küsülü olduğu Brilliant Dadaşovayla bağlı GÖZLƏNİLMƏZ ADDIM

Əməkdar artist Lalə Məmmədova 1990-cı illərdə məşhur olan mahnıları yenidən səsləndirib.

XəzərXəbər xəbər verir ki, layihədə L.Məmmədova illərdir küsülü olduğu Xalq artisti Brilliant Dadaşovanın repertuarına müraciət etməsi diqqət çəkib. O, B.Dadaşovanın "Sənsiz olanda" mahnısını oxuyub.

"Zaurla Günaydın" proqramına qonaq olan L.Məmmədova layihənin müəllifinin stilist Elnur Həsənov olduğunu bildirib. "Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Brilliant Dadaşovanın 90-cı illərdə məşhur olan mahnılarını səsləndirdim. Əvvəlcədən hamıdan icazə alınıb" deyə, müğənni əlavə edib. / Axsam

Xəbər lenti