Xəzər Xəbər

Övladlarının alimentinin azaldılmasını tələb edir

Şou Biznes | 17:22 • 29 Aprel 2021
Övladlarının alimentinin azaldılmasını tələb edir

Mustafa Sandalla keçmiş həyat yoldaşı Emina Yahoviç arasında gərginlik hələ də davam edir.

XəzərXəbər Axşam.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Emina Mustafanı məhkəməyə verərək ondan hər ay 25 min lirə (5 min 182 manat) aliment tələb edib. Bundan sonra Sandal da övladlarını keçmiş arvadından almaq üçün onu məhkəməyə verib.

Hazırda isə Mustafa bu fikrindən daşındığını və üstəlik aliment pulunun 10 min lirəyə (2 min 73 manat) endirilməsini istəyib. Müğənninin bu tələbi irəli sürməsinə səbəb pandemiya dövründə maddi vəziyyətinin çətinləşməsi və gəlirlərinin azalmasıdır.

Xəbər lenti