Xəzər Xəbər

Milyarder sevgilisindən Şeymaya sürpriz

Şou Biznes | 15:32 • 19 Aprel 2021
Milyarder sevgilisindən Şeymaya sürpriz

Fenomen Şeyma Subaşının milyarder sevgilisi maraqlı jest edib.

Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ona görə təyyarəni bağlatdırıb. Belə ki, bir müddətdir qızı Melisa ilə birlikdə Balidə istirahət edən Şeyma geri dönmək üçün sevgilisindən özəl təyyarə istəyib. Lakin özəl təyyarə təşkil etmək mümkün olmayıb. Buna görə də misirli Mohammed bir sərnişin təyyarəsinin bütün biletlərini alıb.

Qeyd edək ki, Şeyma Subaşı sevgilisi ilə ailə həyatı qurmağa hazırlaşır.

"Hələki sevgilim məni ailəmdən istəməyib. Lakin ailəmlə tanış olub. 3 ay 10 gündür ki, birlikdəyik. Bu ilin sonu, yəni il bitmədən evlənəcəyik”, -  deyə o bildirib. 

Şeyma keçmiş həyat yoldaşı, məşhur prodüser Acun Ilıcalının da evlənəcəyindən xəbəri olduğunu deyib./Sfera.az

Xəbər lenti

Çox oxunanlar