Xəzər Xəbər

COVID-19-a yoluxan Xatirənin vəziyyəti necədir? - Xəstəxanadan açıqlama

Şou Biznes | 17:44 • 16 Aprel 2021
COVID-19-a yoluxan Xatirənin vəziyyəti necədir? - Xəstəxanadan açıqlama
Müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddin Musazadə koronavirusa yoluxub.
 
XəzərXəbər kult.az-a istinadən xəbər verir ki, onlar dünən gecə saatlarında Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
 
Xəstəxanadan verilən məlumata görə, müğənni və həyat yoldaşı Sağlamlıq Mərkəzinin İnfeksion COVID-19 şöbəsinə "Viral pnevmoniya" diaqnozu ilə qəbul edilib.
 
Xatirə İslamın vəziyyəti orta ağırlıqda, Fəxrəddin Musazadənin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
 
Müayinə və müalicə tədbirlərinə başlanılıb, hazırda hər ikisinin müalicəsi davam etdirilir.

Xəbər lenti