Xəzər Xəbər

İbrahim Tatlısəs uzun illər sonra yeni mahnı təqdim edəcək

Şou Biznes | 17:33 • 12 Aprel 2021
İbrahim Tatlısəs uzun illər sonra yeni mahnı təqdim edəcək

Türk musiqisinin ən məşhur simalarından biri olan İbrahim Tatlısəs doqquz il sonra “İbo Show” verilişi ilə ekranlara qayıdıb.

“Haber Global”ın məlumatına görə, “Star TV”də efirə çıxan proqramın yeni buraxılışının qonaqları məlum olub.

Verilişin 22-ci sayında Deniz Seki, Erkan Petekkaya, Sinan Akçıl ve İrem Derici iştirak edəcəklər.

Bununla yanaşı, verilişdə Tatlısəs 11 il sonra bir ilki gerçəkləşdirəcək. Sənətçi “Gəlməsin” adlı yeni mahnısını səsləndirəcək. Proqram aprelin 17-də, Bakı vaxtı ilə saat 21.00-da yayımlanacaq.

Xəbər lenti