Xəzər Xəbər

Son ayların ən çox tələb olunan iki modeli açıqlandı

Şou Biznes | 13:20 • 7 Aprel 2021
Son ayların ən çox tələb olunan iki modeli açıqlandı

Yeni statistika göstərir ki, son ayların ən çox tələb olunan modelləri Miriam Sançes və Loli Baiyadır.

XəzərXəbər oxu.az-a istinadən bildirir ki, "Moda dünyasının Google"u adını alan "Tagwalk" bu nəticəyə gəlib.

Karyerasına 2019-cu ildə başlayan "Hakuna Matata döyməli qız" - Miriam Sançes "Givenchy", "Louis Vuitton", "Chanel", "Prada" və "Fendi"nin podiumlarında hamının diqqətini çəkib. 2020-ci ildə o, Alva Kler, Lilo Moss, Preşes Li, Coll Kortlev və Mika Şnayderlə yanaşı "Breakout Star Women" kateqoriyasında "ilin modeli" mükafatına namizəd göstərilib. Qalib gəlməsə də o, təslim olmayıb, "Louis Vuitton", "Hermes", "Isabel Marant", "Coperni" və "Courrèges" podiumlarında çıxış edib. Bundan başqa, onun fotosu dəfələrlə "Vogue"un üz qabığında dərc olunub.

Xəbər lenti