Xəzər Xəbər

Tatlısəsi güllələyən şəxs 30 il həbsdə qalacaq

Şou Biznes | 11:40 • 4 Aprel 2021
Tatlısəsi güllələyən şəxs 30 il həbsdə qalacaq

Türkiyəli müğənni İbrahim Tatlısəsi güllələyən Abdullah Uçmakın məhkəməsi sona çatıb.

2011-ci ildə sənətçini başından yaralayan A.Uçmaka "qəsdən adam öldürmək" maddəsi ilə 30 il həbs cəzası verilib.

Xatırladaq ki, hadisə 2011-ci il martın 14-də baş verib. İbrahim Tatlısəs axşam saatlarında İstanbulun Şişli bölgəsində güllələnib. Sənətçi və köməkçisi Buket Çakıcı naməlum avtomobildən atəşə tutulub. İbrahim Tatlısəs başından, köməkçisi qarın nahiyəsindən güllə yarası alıb. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. İki dəfə əməliyyat olunan müğənninin vəziyyəti uzun müddət ağır olub. 28 martda sənətçinin həyati təhlükəsi aradan qalxıb./publika.az

Xəbər lenti