Xəzər Xəbər

Bergüzar Korel üçüncü dəfə ana olacaq

Şou Biznes | 17:57 • 2 Aprel 2021
Bergüzar Korel üçüncü dəfə ana olacaq
Ötən il ikinci uşağını dünyaya gətirən məşhur türkiyəli aktrisa Bergüzar Korel yenə hamilədir.
 
Bu barədə aktrisa özü məlumat yayıb. O bildirib ki, hamiləliyi ilə bağlı ekranlardan uzaqlaşmaq məcburiyyətindədir.
 
"Hamilə olmağım hazırda iştirak etdiyim serialın çəkilməsinə əngəl deyil. Ancaq COVID-19-la bağlı yoluxmaların artması səbəbilə çəkilişlərini növbəti tarixlərə saldığımız serialı həm də fiziki dəyişikliyimə görə, dayandırmalı olduq”, - deyə Korel qeyd edib.
 
Qeyd edək ki, Bergüzar "Kanlı Yayın” adlı serialda Neslihan obrazını canlandıracaqdı. O, sonuncu dəfə 3 il əvvəl "Vatanım sensin” serialında aktyor həyat yoldaşı Halit Ərgənçlə baş rolları paylaşmışdı./Sfera.az 

Xəbər lenti