Xəzər Xəbər

"Pişik qadın" müflis oldu

Şou Biznes | 16:43 • 2 Aprel 2021
"Pişik qadın" müflis oldu

Etdirdiyi estetik əməliyyatlara görə ölkəsində "pişik qadın” ləqəbiylə tanınan amerikalı Jokelin Videnstein müflis olub.

Buna səbəb əməliyyatlara girmək üçün aldığı milyardlarla borclar, onun ödənilməməsi və lüks həyat tərzidir. Belə ki, əslən isveçrəli olan Jokelinin artıq evinə də əl qoyulub.
 
"Pişik qadın”ın üç evi satışa çıxarılıb. "Trump World Tower” binasında yerləşən üç evdən biri ötən ay 1.9 milyon dollara satılıb. Digər iki evinə isə, ümumi 5,5 milyon dollar qiymət müəyyən edilib. Hazırda Jokelinin  harada olduğu bəlli deyil.
 
Qeyd edək ki, Wildenstein ilk dəfə 1999-cu ildə fransız sənət əsərləri satıcısı olan həyat yoldaşı Alekdən ayrılanda 2.5 milyar dollarlıq boşanma razılığı ilə məşhurlaşıb. Boşanandan sonrakı 13 il ərazində keçmiş həyat yoldaşından ildə 100 milyon dollar alan "pişik qadın”nın illik yemək və şərab xərcləri 547 min dollar olub./Sfera.az 

Xəbər lenti