Xəzər Xəbər

Azərbaycanlı aktrisa türk aktyora ərə gedir

Avtomobildə müxbirlərin suallarına cavab verən aktyor evlənməyə hazırlaşdıqlarını açıqlayıb
Şou Biznes | 17:55 • 12 Mart 2021
Azərbaycanlı aktrisa türk aktyora ərə gedir

"Zamanı gələndə hamıdan əvvəl sizin xəbəriniz olacaq. Bizdə hər şey qaydalara uyğundur. Evliliyə doğru irəliləyən münasibətimiz var".

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə bir evdə yaşamağa başladığı aktyor sevgilisi Gökhan Alkanla İstanbulun Etilər səmtində görüntülənib.

Avtomobildə müxbirlərin suallarına cavab verən aktyor evlənməyə hazırlaşdıqlarını açıqlayıb:

"Zamanı gələndə hamıdan əvvəl sizin xəbəriniz olacaq. Bizdə hər şey qaydalara uyğundur. Evliliyə doğru irəliləyən münasibətimiz var".

Qeyd edək ki, Nəsrin Cavadzadə və sevgilisi Gökhan Alkan azərbaycanlıların da sevə-sevə izlədiyi "Yasak elma" serialında rol alıblar. Sözügedən serialda saxta sevgili obrazını canlandıran cütlük bir müddət öncə "Instagram" hesabından sevgilərini bəyan ediblər.

Nəsrin Cavadzadə Azərbaycanın məşhur akademiki Mirməmməd Cavadzadənin nəvəsidir. Hazırda aktrisa Türkiyədə yaşayır. O, bir çox türk filmləri və seriallarda çəkilib. "Yaxşı günlər qabaqdadır" və "Quzu" filmlərində oynadığı rollara görə Cavadzadə iki dəfə Türkiyənin məşhur "Qızıl portağal" kino mükafatına layiq görülüb. O, "İkinci planda ən yaxşı qadın roluna" və "Ən yaxşı qadın roluna görə" nominasiyalarında "Qızıl portağal"ı qazanıb./Sputnik Azərbaycan

Xəbər lenti